Azərbaycanın Ən Sağlam Forumu

Hamınızı yeni açılan tibbi forumumuzda görməyə şadıq.Forum yeni açıldığı üçün mövzuların sayı hələ ki azdır.Amma bunun zamanla artacağına və tibbin bütün sahələri üzrə ən yeni məlumatların yerləşdiriləcəyinə şahid olacaqsınız.
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları təsdiqləndi

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı : 20
Join date : 01/02/10

Yeni mövzuMövzu: Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları təsdiqləndi   Çər. Apr. 07, 2010 5:51 pm

http://lent.az/news.php?id=26826

Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları təsdiqləndi

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi Nazirlər Kabineti "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nı təsdiqləyib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qaydalar respublikanın ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və respublikada verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır.

Rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır və burada təhsil dövlət təhsil standartı və proqramına uyğun hazırlanmış tibb təhsili proqramları əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş həkim-mütəxəssis ixtisasları üzrə aparılır.

Rezidenturada baza ali təhsili olan Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər təhsil ala bilərlər. Azərbaycan vətəndaşları üçün rezidentura təhsili dövlət hesabına və ya ödənişli əsaslarla aparılır. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsilin müddəti müvafiq təhsil proqramları ilə müəyyənləşdirilir və 2 ildən 5 ilə qədər təşkil edir.

Rezidenturanı bitirən şəxslərə ixtisası üzrə "həkim-mütəxəssis" ali peşə-ixtisas dərəcəsi verilir. Rezidenturada təhsil əyani formada həyata keçirilir. Rezidenturada təhsil proqramında auditoriya tədris yükü həftədə 6 saatdan çox olmamalıdır. Bu təhsil alanlar nəzəri təlim, həkim hazırlığı, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, sərbəst müalicə-profilaktik işlərinin aparılması və sairə formada öyrənilməsi ilə təmin olunur.

Rezidenturada təhsilin tədris planı təhsil proqramları əsasında hazırlanır və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Rezidenturada həkim-mütəxəssis hazırlığı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən baza kimi müəyyən edilmiş təhsil, elm müəssisələrində və aparıcı klinikalarda aparılır.

Azərbaycan Respublikası vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Eyni zamanda rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir.

Həkim-mütəxəssislərin hər ixtisas üzrə hazırlığına müəssisənin rəhbərliyi tərəfindən təyin olunmuş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş elmi dərəcəsi, elmi adı olan və ya elmi dərəcəsi, elmi adı olmayan yüksəkixtisaslı mütəxəssis (rəhbər-kurator) cavabdehdir. Hər bir kuratora, iki nəfərdən çox həkimə, eyni zamanda rəhbərlik etməyə icazə verilmir. Rezidenturada təhsil alan fərdi iş planına müvafiq olaraq təhsil aldığı müəssisənin elmi şurası (tibbi şurası) qarşısında hesabat verir və hər təhsil ilinin sonunda şura tərəfindən attestasiya olunur. Rezidenturada təhsil alanlar attestasiyadan keçmədikdə, rezidenturadan xaric edilirlər.

Təhsil müddəti başa çatdıqda, rezidenturada təhsil alan həkimlərin yekun attestasiyası Səhiyyə Nazirliyinin təsdiq etdiyi attestasiya komissiyası tərəfindən ali təhsil müəssisəsində aparılır. Rezidenturanı müvəffəqiyyətlə bitirənlərə müvafiq dövlət nümunəli diplom verilir.

Rezidenturaya qəbul qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır.
LENT.AZ
[center]
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://saglamliq.yetkinforum.com
 
Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları təsdiqləndi
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Azərbaycanın Ən Sağlam Forumu :: Digər :: Tibbi xəbərlər və yeniliklər-
Keç: